×

8 dekabr Rəssamlar Günüdür

Rəssamlar Günü

8 dekabr Rəssamlar Günüdür

Beynəlxalq Rəssamlar Günü

İnsan yaranan gündən xoşbəxtlik dalınca qaçaraq onun sirrini tapmağa çalışıb. Hər kəs xoşbəxtliyə bir məna verib, bir don geyindirib. Hər bir insan xoşbəxtliyi müəyyən bir işdə, fəaliyyətdə, madiyyatda, sevgidə və.s tapıb. Mən fikirləşirəm ki, xoşbəxtlik hər yerdə var. Xoşbəxtliyin sirrlərindən biri də özünü istənilən gözəl fəaliyyətlə ifadə edə bilməkdir. Bunu gözəl musiqilərlə, əsərlərlə, rəsmlərlə etmək olar. Məsələn, rəssamlar müxtəlif rəsm əsərləri çəkərək öz hisslərini, fikirlərini milyonlarla insanlara çatdıra bilərlər. Bəzən bir rəsm əsəri min sözdən güclü olur.

Bu gün 8 dekabr bu xoşbəxt insanların, rəssamların günüdür, Beynəlxalq Rəssamlar Günüdür.

2007-ci ildə “Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən 8 dekabr — Beynəlxalq Rəssamlar Günü kimi təsis edilib. Beynəlxalq Rəssamlar Günü tarixdə iz qoyan rəssamları xatırlatmaq üçün başqa bir səbəbdir: onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu başa düşürük.

Отправить комментарий