×

Mikki Maus Günü

Mikki Maus Günü

Mikki Maus Günü

Mikki Maus Günü 18 noyabr qeyd edilən məzəli bir bayramdır. Bu tarix təsadüfü seçilməyib. Məhs 18 noyabr 1928 — ci il tarixdə bütün dünya baş rolda sevimli siçan olan cizgi filmi ilə tanış oldu. Cizgi filmi qəhrəmanı çox qısa müddətdə milyonlarla insanın sevimlisi oldu və Uolt Disney kompaniyasının simvollarından birinə çevrildi. Onu da deyək ki, 1947- ci ilə qədər sevimli siçan obrazını Uolt Disney özü səsləndirirdi.

Mikki Maus uşaqların o qədər xoşuna gəldi ki, bu obraza görə sənayə inkişaf etməyə başladı. Onun obrazından komikslərdə, video oyunlarda, televiziyzda, uşaq geyimlərində istifadə olunmağa başladı. Uşaq mebellərində və divar kağızlarında da Mikki Mausun gülməli üzünə rast gəlmək olurdu.

Bu gün də Mikki Maus  sevimli obraz sayılır. Uşaqlar onunla əylənir, böyüklər isə öz uşaqlıqlarını xatırlayırlar.

Отправить комментарий