×

Mətləb Cəfərov — Bu gün onun ad günüdür

Mətləb Cəfərov

Mətləb Cəfərov — Bu gün onun ad günüdür

Mətləb Məhəmməd oğlu Cəfərov 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində dünyaya göz açıb. 9-cu sinfə qədər bu kənddə, iki il isə paytaxt Bakıda liseydə oxuyub. Orta təhsili bitirdikdən sonra Mətləb ovaxtki Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Ali məktəbi bitirdikdə ona leytenant rütbəsi verilib. Hərbi xidmət üçün ordu sıralarına qatılan leytenant Cəfərov xidmətini başa vurub və ehtiyatda olan zabit olaraq baş leytenant kimi tərxis olub. ΙΙ “Qarabağ müharibəsi” başlayanda könüllü olaraq orduya yazılıb. Baş leytenant Cəfərov noyabr ayının 2-si Qubadlı uğrunda gedən döyüşdə ağır yaralanıb. 18 gün koma vəziyyətdə qalan Cəfərov noyabrın 20-si, yəni doğum günündən bir gün sonra şəhid olub.

Mətləb Cəfərov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıılıb. Və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib. 15.12.2020-ci il tarixli Sərəncama əsasən Mətləb Cəfərov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və şücaət nümayiş etdirib. Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirib. Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra «Şuşanın azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий