×

İlk film

İlk film

İlk film

Kino tarixində ilk film adı uğrunda bir neçə film mübarizə aparır. Bu, 19-cu əsrin sonunda müxtəlif ölkələrin ixtiraçılarının eyni vaxtda kino kamerası yaratması ilə bağlıdır. Onlar filmlər çəkərək ixtiralarını təcrübədə sınaqdan keçiriblər.

ABŞ-da Tomas Edison və Uilyam Dikson «kinetoqraf» adlı cihaz yaratdılar. Almaniyada — Maks və Emil Skladanovski qardaşları «bioskop» adlı çəkiliş və proyeksiya üçün cihaz icad etdilər. İtaliyada  Filoteo Alberini, Rusiyada ukraynalı mühəndis İosif Timçenko yeni ixtiralar icad etdilər.

Lakin kinonun vətəni Fransa oldu. Kino tarixində ilk film Ogüst və Lui Lümyer qardaşlarının «Qatarın La Ciotat stansiyasına gəlişi» adlanır. Bu 48 saniyəlik səssiz ağ-qara film 1895-ci ildə Marsel yaxınlığındakı La Ciotat qatar stansiyasında lentə alınıb. Lümyer qardaşlarının digər ilk filmləri kimi, «Qatarın gəlişi» də kəsilmədən sabit kamera ilə bir çəkilişdə çəkilmişdir. Çəkiliş Lümyerlər tərəfindən icad edilmiş (buna kinematoqraf deyilirdi) 35 mm-lik plyonka yüklənmiş kinokamerada aparılmışdır.

Daha bir maraqlı fakt odur ki, «Qatarın gəlişi» sənədli film hesab edilsə də, kadrda Lümyer qardaşlarının qohumları və dostları çəkiliblər.

Deyilənlərə görə bu film ilk tamaşaçılarına çox təsir edib. Bəzilərin qatarın onlara doğru  gəldiyini görüb əzilməkdən qorxaraq zaldan qaçdıqları da danışılır. Elə ona görə də bu filmi ilk «qorxu» filmi adlandırıblar.

Filmdən təsirlənən tamaşaçılardan biri də elə həmin il Nijni Novqorod yarmarkasında «Qatarın gəlişi» filminə baxan Maksim Qorki idi.

Dünyada ilk rəsmi film «Qatarın gəlişi» hesab olunsa da, əslində ilk film Lümyer qardaşlarının premyerasından yeddi il əvvəl çəkilib və onu məşhur qardaşlar deyil, fransız ixtiraçısı Lui Le Prins (1842 — 1890) çəkib.

Отправить комментарий