Fikrət Əmirov
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də Gəncə şəhərində anadan olub. Əslən Şuşalı olub. Şuşada anadan olan atası Məşədi Cəmil Əmirov bəstəkar və tarzən olub. Anası Dürdanə Əmirovadır. Fikrət Əmirovun kiçik yaşlarından atasının əsərlərinə qulaq asması onun gələcək musiqi həyatının formalaşmasına təsir edir. 1928-ci ildə atasını itirəndən sonra çətinliklərə baxmayaraq atasının sənət yolunu davam etdirir. Bacısı Yaxşı xanımın ifa etdiyi mahnılara tarla müşayiət edirdi. Uşaq Yaradıcılıq akademiyasına qatılan Əmirovlar istedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyovla tanış olular. 1939 -cu ildə Bakı Musiqi Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin və Boris Zeydmanın sinfinə daxil olur. Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli olmuşdur.
1941-ci ilin noyabrında Fikrət Əmirov orduya çağırılır. 1942-ci ildə Voronej cəbhəsinə göndərilir. Fikrət Əmirovun İkinci dünya müharibəsindəki iştirakı onun həyat və yaradıcılığının əsas dövrü olub. 1942-ci ildə xəstəliyi ilə əlaqədar olaraq ordudan təxris olunur. O, Gəncəyə gəlir və yaradıcılığına davam etməyə başlayır. Gəncə Dövlət flarmoniyasında çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram Teatrında bir neçə tamaşaya musiqi yazır. 1943-cü ildə Balkıya qayıdan Fikrət Əmirov konservatoriyadakı təshilinə davam edir.
Fəaliyyəti
1942-43-cü illərdə Gəncə Dövlət Filarmoniyasının və 1947-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışmış, SSRİ Bəstəkarlar İttifaqının katibi, 1974-cü ildə Respublika Ali Sovetinin deputatı, 1980-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Fikrət Əmirov 1952-ci ildə həkim Aidə Əmirova ilə həyatı qurur. 1930-cu ildə Bakıda anadan olan Aidə Əmirova Azərbaycan Tibb Universitetində təhsil almışdır. Cütlüyün Cəmil və Sevil adlı övladları dünyaya gəlib. Sevil Əmirova Azərbaycan Dövlət konservatoriyasında fortepiano ixtisası üzrə təhsil alıb.
Fikrət Əmirov geniş və rəngarəng yaradıcılığa sahibdir. Musiqinin bir çox janrında əsərlər yaratmışdır.
“Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, Muğam-poema”sı Azərbaycan mədəni irsinin dəyərli nümunələridir.
“Ürəkaçanlar” və “Gözün aydın” operattaları səhnə musiqi sahəsindəki fəaliyyəti sırasında yazdığı ilk əsərlərdir. Bu sahədə yazdığı ən uğurlu əsərlərdən biri isə “Nizami” simfoniyası sayılır.
“Şur” və “Kürd ovşarı” simfonik muğamları 1948-ci ildə yazılıb.
Milli musiqi tarixində ilk lirik opera sayılan “Sevil” operası 1950-ci ildə yazılıb.
Bəstəkarın yaradıcılığında eyni zamanda vokal janrına dair əsərlər görmək mümkündür. 1970-ci illərdə “Nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün “ Azərbaycan qravürləri”, “Gülüstan-Bayatı Şiraz” simfonik muğamını və “Min bir gecə” nağılları əsasında eyniadlı baletini yazır.
Dahi Bəstəkarımızın əsərlərinin bütün dünyada tanınması və sevilməsi Azərbaycan musiqisinin zəngin olduğunun sübutudur.
Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Bəstəkar Fəxri Xiyabanda dəfn edilib.
Отправить комментарий