×

Con Lanqdan Daun

Con Lanqdan Daun

Con Lanqdan Daun

Con Lanqdan Daun Britaniyalı genetik, Daun sindromunu ilk dəfə təsvir edən alimdir. O, bütün həyatını əqli qüsurlu uşaqlarlı öyrənməyə həsr edib. “Əqli qüsurlu insanların etnik təsnifatı üzrə müşahidələr” və “Uşaq və yeniyetmələrin psixi xəstəlikləri” əsərlərinin müəllifidir.

Con Lanqdon Haydon Daun 18 noyabr 1828-ci ildə İngiltərənin Torpoint kəndində anadan olub. Uşaqlıqdan tibbə böyük maraq göstərib və artıq on üç yaşında əczaçılıq sahəsində çalışan atasına kömək etməyə başlayıb. On səkkiz yaşında o, cərrahın köməkçisi kimi işləmək üçün Londona köçüb, burada əczaçı olmaq üçün təhsil alıb və daha sonra məşhur kimyaçı Maykl Faradeyin yanında işləməyə başlayıb. Bir müddət sonra o, üzvi kimya üzrə təhsil aldığı Əczaçılıq Cəmiyyətinin laboratoriyasında işləməyə icazə alıb.

Fəaliyyəti

1853-cü ildə Daun London Xəstəxanasının Tibb İnstitutuna daxil olur və oranı qızıl medalla bititrir. Hər kəs onun cərrahiyyə sahəsində parlaq karyera quracağı barədə fikirləşirmiş. Lakin 1858-ci ildə o, bir el həkimi kimi işləməyə başlayıb. Daha sonra Earswood-da Əqli Geriliyi olan Uşaqlar üçün Kral Sığınacağına başçılıq etməyə başlayıb. Onun rəhbərliyi ilə sığınacaq ölkədə nümunəvi müəssisəyə çevrilib.

Con Daun hesab edirdi ki, əqli qüsurlu uşaqlarla işləmək onların inkişafına müsbət təsir göstərir. Əldə etdiyi nəticələr isə bunu həqiqətən təsdiqlədi. 1868-ci ildə o, Dumanlı Albionda ilk belə mərkəz olan əqli qüsurlu uşaqlar üçün Normansfild Mərkəzini təşkil etdi. O, on ilə yaxın bu işi fədakarlıqla davam etdirdi.

Con Daun, insanın zəkasının və duyğularının kəllə sümüyünün formasından necə asılı olduğuna inanan doktor Con Konollinin fikirlərindən əhəmiyyətli dərəcədə təsirlənmişdir. 1866-cı ildə o, Daun sindromlu insanların morfoloji xüsusiyyətlərini təsvir etmişdir. Daun sindromlu insanlara xas olan xarici xüsusiyyətlərin müfəssəl siyahısı ilə yanaşı, o, həmçinin qeyd etdi ki, onlar tez-tez ürək və endokrin sistem xəstəliklərindən əziyyət şəkirlər. Və belə insanlar düzgün təhsil və tərbiyə alsalar, çox gözəl nəticələr əldə etmək olar.

Həkim qadınların ali təhsil almaq hüquqlarını müdafiə edərək, o dövrdə tam ali təhsil almış qadınların qüsurlu övlad dünyaya gətirə biləcəyinə dair məşhur nəzəriyyəni təkzib edirdi. Daun son dərəcə ünsiyyətcil bir insan idi və daim ictimai fəaliyyətlərlə məşğul olurdu. 1890-cı ildə Con Daun ağır qrip xəstəliyinə tutuldu və sağalmadı.

 Con Lanqdon Haydon Daun 7 oktyabr 1896-cı ildə altmış yeddi yaşında vəfat etdi.

Отправить комментарий