×

Dünyanın ən yaxşı universitetləri

Dünyanın ən yaxşı universitetləri

Harvard universiteti

Harvard Universiteti dünyanın ən zəngin ölkəsi olan Amerika Birləşmiş Ştatlarınada olan ən qədim universitetdir. Yaxın tarixdə dünyanın heç bir digər universiteti aparıcı akademik müəssisə olan Harvard universitetinin mövqeyinə etiraz bildirməyib.

Bu gün universitetin 35,7 milyard dollardan çox sərvəti var və onun sərvəti günü-gündən də artır. Amma universitet təkcə sərvəti ilə qürurlanmır. Universitet 49 Nobel mükafatçısı, 32 dövlət başçısı və 48 Pulitzer mükafatı laureatı yetişdirmişdir. O, dünyanın ən böyük akademik kitabxanasına, aparıcı tibb, hüquq və biznes məktəblərinə malikdir və Harvardın məzunları dünyanın hər yerində öz layiqli yerlərini tuturlar.

Harvard nəinki geniş sahələr üzrə üstünlük təşkil edir, həm də müxtəlif digər məktəblərlə, universitetlərlə birlikdə işləmək üçün ideal yerdədir və o, 60-a yaxın ali təhsil müəssisəsinə ev sahibliyi edir. Bu, həm tələbələri, həm də müəllimləri birgə tədqiqat üçün sonsuz imkanlarla təchiz edir.

Kembric universiteti

Dünyanın 7-ci qədim universiteti olan Kembric 1209-cu ildən günümüzə qədər gələn zəngin ənənələrə malikdir. Qərb elminin tarixinin Kembric adlı təməl daşı üzərində qurulduğunu söyləsək yanılmarıq. Orada oxumuş və ya dərs demiş (və ya hər ikisi) böyük alim, riyaziyyatçı və məntiqçilərin uzun siyahısına İsaak Nyuton, Avqust De Morqan, Çarlz Darvin, Çarlz Babbic, Ceyms Klerk Maksvell, J.J. Tomson, Ernest Rutherford, Bertrand Russell, Alfred North Whitehead, J. Robert Oppenheimer, Subrahmanyan Chandrasekhar, G.H. Hardy, Srinivasa Ramanujan, Alan Turing, Frencis Crick, James D. Watson, Rosalind Franklin və Stephen Hawking və daha çoxlarının adlarını yazmaq olar.

İstər fundamental fizika, istər riyazi məntiq, istərsə də ədədlər nəzəriyyəsi, astrofizika, hesablama nəzəriyyəsi və ya struktur kimya və biologiyada, Kembric əksər millətlərin mövcud olduğundan daha uzun müddətdir bəşəriyyətin həqiqət axtarışında ön sıralarda olmuşdur. Buna baxmayaraq, onun böyük nailiyyətləri yalnız elmlərlə məhdudlaşmayıb. Rotterdamlı Erasmus, William Tyndale, Frencis Becon, John Milton, Lord Byron, William Wordsworth, Ludwig Wittgenstein, John Maynard Keynes, C.S. Lewis, Sylvia Plath və Ted Hughes kimi humanitar elmlər üzrə çoxsaylı yüksək intellektlərin hamısı burada oxuyub və ya dərs deyib.

Kembric dünyanın elit tədqiqat institutlarından biri olaraq qalır, ona Böyük Britaniyada rəqib ola biləcək yalnız Oksford və xaricdən bunu edə bilən yalnız bir neçə Amerika məktəbi var. Onun 18,000-dən çox tələbəsi 135-dən çox ölkəni təmsil edir və professor-müəllim heyəti 80-dən çox Nobel mükafatı qazanıb.

Отправить комментарий