Nizami Gəncəvi — GƏNCLİK VƏ QOCALIQ HAQQINDA
Dünyada keçməsin boş cavan çağın,
Yol get ki, güclüdür indi ayağın.
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
Cavanlığın qədrini bilərsən qocalanda,
İtən ömrə göz yaşı çilərsən qocalanda.
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
Gənclik-təzə nallı, köhlən əbrəş at,
Qocalıq zamanı dadsızdır həyat.
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
Şiddətli küləklər qopduğu zaman,
Düşər yarpağımız bir-bir ağacdan.
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
İstəyə gəncliklə mümkündür çatmaq,
Qocalıq gəldimi, axtar bir bucaq.
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
O gün ki, gəncliyin qüruru sönər,
İş görməz daha bu cəsarət, hünər.
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
Gənclikdir insana gözəllik verən,
Gözəllik sönərsə qəlb olarmı şən?
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
Yemə var-yoxunu, gec qalxacaqsan,
Yoxsulluq yamandır qocalan zaman.
Отправить комментарий