×

Frederik Şopen

Frederik Şopen

Frederik Şopen

Görkəmli bəstəkar Frederik Fransua Şopen Polşa pianoçuluq məktəbinin banisidir. O, bütün həyatı boyu simfonik orkestr üçün heç bir əsər yaratmayıb. Lakin onun fortepiano üçün bəstələdiyi əsərləri dünya pianoçuluq sənətinin misilsiz hissəsidir. İki əsr keçsə də, bəstəkarın əsərləri hələ də klassik musiqi biliciləri arasında populyardır.

Uşaqlıq və gənclik

Şopen 1810-cu il martın 1-də polşalı müəllim  Nikolas Şopenin və əslən zadəgan olan Tekla Jastina Krzyzanovskanın ailəsində anadan olub. Anası yaxşı pianoçu və müğənni idi, fransızca mükəmməl danışırdı. Varşava yaxınlığındakı Jelyazova Vola şəhərində onlar hörmətli ziyalı ailəsi hesab olunurdular. Şopenin valideynləri övladlarına musiqini və ədəbiyyatı sevdirirdilər. Kiçik Frederikdən əlavə ailədə  üç qız böyüyürdü. Yalnız oğlan pianoda ifa etmək üçün həqiqətən böyük bacarıq göstərirdi.

Frederik beş yaşında konsertlərdə çıxış etməyə başladı və yeddi yaşında o, o dövrün məşhur polşalı pianoçusu V. Jiwninin sinfinə qəbul oldu. Beş ildən sonra gələcək bəstəkar texniki və musiqi bacarıqları ilə böyüklərdən geri qalmayan əsl virtuoz pianoçuya çevrildi. Gənc istedad fortepiano dərsləri ilə paralel olaraq məşhur varşavalı musiqiçi Yozef Elsnerdən bəstəkarlıq dərsləri almağa başlayıb. Təhsillə bərarbər Şopen Avropanı çox gəzdi. Praqa, Drezden və Berlinin opera teatrlarını ziyarət etdi. Şahzadə Anton Radzivilin himayəsi sayəsində gənc musiqiçi yüksək cəmiyyətə qəbul olundu. Onun ifasını İmperator I Aleksandr çox bəyəndiyindən ona mükafat olaraq brilyant qaşlı üzük hədiyyə edib.

Şopenin tərcümeyi-halında maraqlı bir fakt onun Leypsiqdə alman bəstəkarı Robert Şumanla görüşüdür. Gənc bəstəkarın ifasını dinlədikdən sonra Şuman qışqırıb: «Cənablar, papaqlarınızı çıxarın, bu dahidir!»

Musiqi

Musiqi dahisinin yaradıcılığında vals onun şəxsi həyatında baş verən hadisələrlə sıx bağlı olan ən avtobioqrafik janr idi. Mazurkaları və polonezləri haqlı olaraq milli obrazların xəzinəsi adlandırmaq olar. Mazurkalar Şopenin yaradıcılığında təkcə məşhur lirik əsərlərlə deyil, həm də aristokratik və xalq rəqsləri ilə təmsil olunur.

Friderik Şopenin son ictimai konserti 1848-ci il noyabrın 16-da Londonda baş tutdu. Şopenin gücü o qədər az idi ki, cəmi bir saat pianoda ifa edə bildi. Bir həftə sonra Parisə qayıtdı və 17 oktyabr 1849-cu ildə Parisdə Vendome meydanındakı mənzilində vəfat etdi. Bəstəkarın ürəyi olan qab, ölüm ayağında olan vəsiyyətinə uyğun olaraq, Şopenin bacısı tərəfindən Varşavaya aparıldı.

Bu vals Şopenin ən gözəl əsərlərindən biridir.

Şopen Waltz in A minor

Отправить комментарий