Вторник 21.03.2023 14:04 |
Главная | Регистрация | Вход | RSS | |||||||||||
|
Bilik və ƏyləncəVƏTƏN
Vətən - əcdadımızın mədfənidir. Vətən -övladımızın
məskənidir. Vətəni sevməyən
insan olmaz. Olsa da o şəxsdə
vicdan olmaz. Görkəmli şairimiz Abbas
Səhhətin bu misralarını oxuduqca fikirləşirsən, doğrudan da Vətəni sevməmək
olarmı? Vətənini sevməyən insan yəqin ki, həyatda heç nəyi sevmir. Öz ailəsini,
evini sevən, qoruyan insan birinci növbədə Vətənini sevməlidir. Vətən nə deməkdir? Vətən
ancaq doğulub yaşadığımız bir yer deyil.
Şəhərlərimiz, rayonlarımız, kəndlərimiz bu ərazilərdə yaşayan insanlarımız –hər
biri Vətəndir. Vətənini sevən insan onun daşını, torpağını, təbiətini, insanlarını
da sevir. Öz elini, obasını sevən adamın hər bir işində bu sevgi özünü biruzə
verir. Vətəni sevmək hər bir vətəndaşın borcudur. Hər birimiz bu məqsədlə
əlimizdən gələni etməliyik. Sənətimizdən asılı olmayaraq Vətənimizin, insanlarımızın
qayğısına qalmalıyıq. Bunun üçün biz Vətənimizin coğrafiyasını, tarixini, incəsənətini,
mədəniyyətini dərindən bilməliyik. Bir sözlə özümüzü tanımalıyıq. Biz özümüzü
tanımasaq, başqa ölkələr də bizi tanımaz. Coğrafiyamızı, tariximizi, keçmişimizi
yaxşı bilməliyik ki, dəfələrlə torpaqlarımıza göz dikən düşmənlərimizi tanıyaq.
Tarixi abidələrimizi, musiqilərimizi tanımalı və qorumalıyıq. Bir sözlə Vətəni
sevirsənsə, onu qorumalısan. Bizim əcdadlarımız torpaqlarımızı qoruyaraq bu
günlərə gətiriblər. Bizim də borcumuzdur ki, onlara dönük çıxmayaq, onların
davamçıları olaq. Mənim fikrimcə, Vətəninin bir qarış torpağını itirən adam
ruhən heç vaxt xoşbəxt ola bilməz. Vətən itkisi olan adam istənilən uğuru qazansa
da həyatında daim boşluq hiss edəcək. Ancaq Vətənin firavanlığı bir nəfərdən
asılı deyil. Öz vətəninin uğruna hamı
bir olmalıdır. Belə olarsa, Vətən heç vaxt basılmaz. |
Copyright MyCorp © 2023 | Бесплатный конструктор сайтов - uCoz |