Вторник 21.03.2023 15:17 |
Главная | Регистрация | Вход | RSS | |||||||||||
|
Bilik və ƏyləncəPEŞƏ SEÇİMİ.
Hər bir insan cəmiyyətdə yer tutmaq üçün, özünü təstiqləmək üçün və
nəhayət qazanc əldə etmək üçün müəyyən bir peşə seçməlidir. Peşə seçmək isə çox
məsuliyyətli işdir. Çünki insanın bütün
həyatı 16-17 yaşlarinda verdiyi bu
qərardan asılıdır. İnsanların çoxu peşə
seçəndə cox vaxt ancaq qazanc barədə fikirləşirlər. Seçdikləri peşələrin
onların xarekterlərinə uyğun olub-olmadığını, məsuliyyətini,çətinliyini
anlamırlar. Çoxları elə işlərdən yapışmaq istəyilər ki,bu işlər qısa
vaxtda onlara pul,şöhrət gətirsin.Lakin
sonrasını fikirləşmirlər. Hər hansı bir peşəni seçməzdən
əvvəl hər bir insan birinci növbədə nə istədiyini bilməlidir.Bu vaxt başqa bir
insanla bəns etmək olmaz.Çünki hər kəsin
xasiyyəti,temperamenti,savadı və bacarığı fərdidir.İnsan bu
keyfiyyətlərin kəsişdiyi bir peşəni seçiməlidir.Ən əsası insan sevdiyi bir işlə
məşğul olmalıdır.Sevdiyi işlə məşğul olub,həm də qazanc əldə edən insanlar
həmişə xoşbəxt yaşayarlar.Bu yolda valideynlərin rolu böyükdür.Hər bir insanı
ən yaxşı tanıyan onun valideynidir.Ola bilər ki,müəyyən yaşda insan nə
istədiyinə qərar verə bilməsin, bir neçə peşənin arasında götür-qoy
etsin.Valideynlər ona kömək edib düzgün yol göstərməlidir. Peşə seçiminə gəldikdə isə onu
demək olar ki, peşələrin hər biri maraqlı və lazımlıdır.Əsas odur ki,seçdiyin
sənəti sevəsən və onun sirrlərini dərindən biləsən.Bir sənəti yarımçıq
öyrənsən,cəmiyyətdə öz yerini heç vaxt tapmayacaqsan.Dahi filosof N.Gəncəvinin misraları
bu fikri tamamlayır: Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan. Bir sözlə peşə seçərkən yaxşı fikirləşmək lazımdır.Hansısa sənət sahibi
olmamışdan əvvəl bu sənətlə siz insanlara nə qədər xeyir verəcəyiniz barədə
fikirləşməlisiniz.Əgər yaxşı həkim,müəllim,hakim və.s olmasanız,bununla nə
qədər insanlara zərər edəcəyinizi bilirsinizmi? İnanın ki,peşənin adı,şöhrəti o qədər də
vacib deyil. Ona görə də orta məktəbdə oxuyarkən bütün elmləri sevmək və öyrənmək lazımdır.Çünki
insanın bilmədiyi bir elm ona həmişə maraqsız olur.Elmləri dərindən öyrəndikdə
gələcəkdə peşə seçmək daha asan olur.
|
Copyright MyCorp © 2023 | Бесплатный конструктор сайтов - uCoz |