Вторник 21.03.2023 14:20 |
Главная | Регистрация | Вход | RSS | |||||||||||
|
Bilik və ƏyləncəƏMƏK İNSANI UCALDIR
İnsan dünyanın ən ali
varlığıdır. İnsanı aliləşdirən amillərdən ən əsası əməkdir. Ən qədim
zamanlardan müasir dövrlərə qədər nəzər salsaq, görərik ki, insanlar öz
zəhmətləri ilə nələrə qadir olublar. Müasir dövrdə tibbin, texnikanın, təhsilin
bu səviyyəyə gəlib çatması insan əməyinin bəhrəsidir. İnsanın bacarmadığı iş
demək olar ki, yoxdur. Fiziki və ya zehni, hər hansı bir işə başlamamışdan
əvvəl o, adama çox çətin gəlir. Lakin işə başlayandan sonra insan işə necə
qalib gəldiyini görür. Dünyanın müxtəlif yerlərində
olan tarixi abidələri, qəsrləri, imarətləri yada salaq. Bunların çoxu qədim
zamanlarda tikilib. Bəs texnikanın olmadığı bir vaxtda insanlar bunları necə
inşa ediblər? Bu abidələr uzun illər ərzində yüzlərlə, minlərlə insanların
zəhməti nəticəsində yaranıblar. İnanın ki, hər hansı bir
işlə məşğul olmayan və heç nə ilə maraqlanmayan insan cəmiyyətdə istədiyi yeri
tuta bilmir. Bir işi başa çatdırmaq üçün zəhmət çəkirsinizsə, bu vaxt sizə yeni
qapılar açılır. Bu qapılardan keçərək daha yüksək mövqelərə çata bilərsiniz. Əmək insanı həm ucaldır, həm
də inkişaf etdirir. İşlə məşğul olan insan heç kimə möhtac olmur. Belə insana
ətrafdakı insanlar həmişə hörmət və pərəstiş edirlər. Tənbəl və əmək sevməyən
insanlar müxtəlif xəstəliklərə də düçar ola bilərlər. Çünki, insan bir işlə
məşğul olduqda daim pis fikirlərdən uzaq olur. |
Copyright MyCorp © 2023 | Бесплатный конструктор сайтов - uCoz |