Среда 31.05.2023 23:34 |
Главная | Регистрация | Вход | RSS | |||||||||||
|
Bilik və Əyləncəİki qardaş
İki qardaş atasından qalma tarlada işləyərək ömür sürürdülər. Qardaşlardan biri evli idi və beş uşağı var idi. O birisi isə subay idi. Hər günün sonunda qardaşlar qazanclarını və məhsullarını tən ortadan bölürdülər. Günlərin bir günü subay qardaşın ağlına bir fikir gəldi: Qazancımızı bərabər bölmək heç ədalətli deyil. Mən subayam, qardaşım isə evlidir, onun ehtiyacları daha çoxdur. O gündən sonra subay qardaş hər gün bir çuval taxılı gizlicə qardaşının taxıl deposuna aparmağa başladı. Eyni vaxtda evli qardaş da subay qardaşı barədə fikirləşirdi: Mənim ailəm, uşaqlarım var. O isə evlənməlidir, onun ehtiyacları məndən çoxdur. Beləliklə evli qardaş da hər gün bir çuval taxılı subay qardaşın taxıl deposuna aparırdı. Uzun müddət qardaşlar biri- birindən gizlincə belə edirdilər və hər ikisinin taxıl deposundakı taxılın miqdarı azalmırdı. Onlar heç nə başa düşmürdülər. Bir gün qardaşlar biri- birinə gizlincə taxıl apararkən qarşılaşdılar. Həmin an nə baş verdiyini anladılar. Taxıl çuvallarını yerə atıb qucaqlaşdılar.
|
Copyright MyCorp © 2023 | Бесплатный конструктор сайтов - uCoz |