Вторник 21.03.2023 15:07 |
Главная | Регистрация | Вход | RSS | |||||||||||
|
Bilik və ƏyləncəANA DİLİMİZ
İnsanı canlılar arasında
aliləşdirən ən əsas faktor nitqdir. Qədim zamanlarda insanlar müxtəlif səslər
çıxararaq biri-birilərini başa düşürdülər. Sonralar nitq qabiliyyəti formalaşdı
və insanlar qışqıraraq yox, danışaraq anlaşmağa başladılar. Beləliklə yer
üzərində müxtəlif dillər yarandı. Dünyada nə qədər xalq
varsa, o qədər də dil var. Elə dillər var ki, bu dillərdə danışan xalq yoxdur, lakin
dildən hələ də bəzi sahələrdə istifadə olunur. Belə dillərdən biri latın
dilidir. Ona "ölü dil”deyilir. Bu dildən təbabət sahəsində istifadə olunur. Tibb
terminlərinin hamısı latın dilindədir. Elə dil də var ki, dünyanın
bir çox xalqları bu dildə danışır. ABŞ-da və Böyük Britaniyada dövlət dili olan
ingilis dili hal-hazırda yer kürəsində ən çox öyrənilən dildir. Deyirlər neçə dil bilirsənsə, o qədər sayda insansan. Dillərin hamısı
gözəl və zəngindir. Hər dilin öz keçmişi, öz tarixçəsi var. İnsan artıq bir xarici dil
öyrənibsə, digər dilləri mənimsəmək daha da asanlaşır. Lakin nə qədər də çox
dil bilsən də birinci növbədə öz ana dilini kamil bilməlisən. Ana dili də
xalqın sərvəti kimi həmişə qorunmalıdır. Bizim ana dilimiz-azərbaycan dili də
çox zəngin və axıcı bir dildir. Azərbaycan dili şer və poeziya dilidir. Bir çoxlarımız öz dilimizə
biganə yanaşırıq, elə bilirik ki, ana dilimizi kamil bilmək o qədər də vacib
deyil. Mən belə fikirləşirəm ki, doğma dilini bilməyən bir insana heç kim
hörmət etməməlidir. Bizim ana dilimiz ancaq məişətdə danışılmamalıdır. Biz öz
dilimizi sevməliyik və onu hərtərəfli inkişaf etdirməliyik. Bir dilin ölməməsi
üçün o dil öz xalqı tərəfindən həmişə sevilməlidir. Əgər biz öz dilimizi
sevsək, onu dünyanın başqa ölkələrinə də sevdirərik. |
Copyright MyCorp © 2023 | Бесплатный конструктор сайтов - uCoz |